Siçan ili nələr vəd edir?

2020-ci il metal elementi  və qətiyyətli simvol olan siçanın gəlişi zodiakdakı bütün bürclərə çox xoş sürprizlər gətirəcək. 25 yanvar 2020-ci il tarixində sevimli sarı donuzla vidalaşacaq və ağ metal siçovulu qarşılayacağıq.

Ağ metal siçovul ilində əsas odur ki , tənbəllik və zəiflik göstərməmək, iddialı və özünə inamlı yaşamaq lazımdır. Bunu hiss edən siçan ili həmin şəxslərə  ən çətin vəziyyətdə belə  böyük uğurlar qazanmağa kömək edəcəkdir. Ancaq onun güclü və müstəqil bir heyvan olduğunu unutmayın. Hər şeyi şansa və zamanın axarına buraxsaz nəticələr uğursuz olacaqdır.

Siçovulun Qərb dünyasından fərqli olaraq, Şərqdə və xüsusilə də Çində zərərverici,müxtəlif xəstəliklərin yayıcısı kimi qəbul olunmasına baxmayaraq ,eyni zamanda, cəsarət, hiylə və istənilən yolla məqsədlərə çatmaq bacarığını simvollaşdıran bir heyvan kimi göstərirlər . Beləliklə, siçan ili qətiyyətli və məqsədyönlü insanlar üçün son dərəcə uğurlu bir il kimi yadda qalacaq.Yəni,bu il məmnuniyyətlə ,həvəslə gördüyünüz hər hansı bir iş xoş qarşılanacaq və addımladığınız yolda sizə yaşıl işıq yanacaq.

Ağ siçovul ilində maliyyə vəziyyətiniz yavaş-yavaş, lakin şübhəsiz ki,yaxşılaşacaqdır. Sərmayə yatırmaq istədiyiniz işə,arzuladığınız tətilə və ya alış-veriş listinizə pul yığmaq ilin fürsətlərindən biri olacaq. Siçan öz duyğularına investisiya qoyan insanlara dəstək olur,onlara köməyini əsirgəmir.

Orxan