Sikayət olunan icra başçısları

13

Birinci yer Alı Alıyev, ikinci yeri Nazim Veysov, və üçünçü yeri   Vaqif Abdullayev şikayət məktubların sayına görə  yerlərin müəyyənləşdiriblər.

 

 

Məlum olduğu kimi Ölkə başçısı imzaladığı  regionların sosial-iqtisadi  inkişaf proqramı yekunlaşıb.Əyalətlərdə proqram çərçivəsində görülən işlərlə bir başa Prezident İlham Əliyev səfərləri zamanı tanış olmuşdur və bır çox açılışlar etmişdir. Belə ki ölkə başçsı İlham Əliyev öz çıxışlarında Mən hər bir Azərbaycanlının Prezidentiyəm demişdir, və bu gündə öz sözünə sadiq olaraq xalqımızın rifahı üçün fəalyyətini davam etdirir. Bütün fəaliyyət istiqamətində həyata keçirilən lahiyələr buna subutdur. Lakin bölgələrdə yerli icra hakimiyyətlərinin başçıları tərəfindən proqramın icrası müəyyən narazılıqlara səbəb olub, və bu gündə bu problemlərin həlli istiqamətində şikayət məktublarından sonra həlli mümkün olub. Belə ki, Yerli icra orqanlarının yaratdığı suni maneələr əhalinin narazılğına səbəb olub və bu məqsədlə yuxarı qurumlara şikayət etməklə öz çözümlərini tapıblar. Xalq.az-a etibarlı mənbədən verilən məlumata görə üç icra başçısından müxtəlif problemlərlə əlaqədar Prezident administrasiyasına çoxlu sayda məktublar daxil olub. Alı Alıyev ən çox şikayət edilən icra başçısıdır, Nazim Veysov isə ikincilik mövqeyini müəyyənləşdirib. Vaqif Abdullayev isə üçünçülükdə qərarlaşıb. Ölkədə ən çox şikayət edilən icra başçısı sırasına Fizuli Rayon İcra Hakimiyytəinin başçısı  Alı Alıyev başçılıq edir. Bu barədə Xalq.az etibarlı  mənbələrdən məlumat daxil olub. Həmin məlumatda deyilir ki, bu ilin yekunlarına dair hesabatda Administrasiyaya daxil olan şikayətləri araşdırarkən Alı Alıyevın ən çox şikayət edilən icra başçısı olduğu müəyyənləşib. Məlumatda vurğulanır ki, rayonda sosial-iqtisadi və məmur özbaşınalığı ilə bağlı edilən şikayətlər üstünlük təşkil edib. İkinci sırada isə Şəmkir  rayonun icra başçısı Nazim Veysov qərarlaşıb. Üçüncü yeri isə Beylaqanın icra başçısı Vaqif Abdullayev tutub .Belə ki, sözügedən icra başçılarından yuxarı instansiyaları  şikayət məktubları daxil olub. Xalq.az- məlumat verilib ki,, şikayət edilən rayon icra başçıları ilə bağlı ciddi tədbir görüləcək. Mənbə məlumat verir ki ,artıq rayonlarda yoxlamalar aparılır.