Şimal bölgəsində qarın hündürlüyü 10 sm-ə çatdı

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib. 

XALQ.AZ xəbər verir ki, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb. 

Ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 10 sm-ə çatıb. Qrız kəndində 5 sm, Təngəaltında 3 sm, Qubanın mərkəzində isə 1 sm qar müşahidə olunub. Qusarın Yasab kəndinə isə 1 sm qar düşüb. 

Qubanın Qrız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək enib.    

XALQ.AZ

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/