“Simurq” və “Qəbələ” qələbə qazandı

Simurq

Dünən Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulub.

XALQ.AZ-ın məlumatına görə, Premyer Liqanın debütantı “Araz Naxçıvan” səfərdə “Qəbələ” ilə qarşılaşıb və minmal hesablı məğlubiyyətlə barışmalı olub.

Zaqatalada keçirilən “Simurq” – AZAL-la qarşılaşmasında da meydan sahibləri qələbəyə sevinib. Cari mövsümdə ilk matçına çıxan Zaqatala təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

“Qəbələ” – “Araz Naxçıvan” – 1:0
Qol: Cavid Hüseynov, 18-pen.

“Simurq” – AZAL – 2:0
Qol: Rəşad Eyyubov, 5 (1:0), Tural Nərimanov, 16-avtoqol (2:0)