Siqaret satışı qadağan edildi

 

 

58

Nyu-yorkda 21 yaşınadək insanlara siqaret satışı qadağan edildi.

Nyu-Yorkun şəhər soveti yaşı 21-dən aşağı olan şəxslərə siqaret satışını qadağan edib. AzVision.az-Assosiated Press-ə istinadən verdiyi məlumata görə, Nyu-York meri Maykl Blumberq bu barədə qərarı 1 ay ərzində imzalamalıdır. Şəhər sovetində qərarın lehinə 35 nəfər, əleyhinə 10 nəfər səs verib. Nyu-York rəhbərliyi hesab edir ki, qanunvericiliyə dəyişiklikdən sonra siqaret çəkənlər arasında 18-20 yaşlıların sayı 55 faiz azalacaq.

Tütün məmulatları ilə yanaşı, elektron siqaretlər də yalnız yaşı 21-in üstündə olanlara satılacaq. Yeni qanuna əsasən qeyri qanuni siqaret satanlar hər qutu siqaretə görə 10.5 $ cərimə ediləcəklər.

Əvvəllər Nyu-Yorkda 18 yaşdan yuxarı hər kəs siqaret ala bilərdi.
Qeyd edək ki, Nyu-York bar, restoran və digər ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edildiyi ilk şəhərdir.