Şirəliyeva vəzifədən azad olundu

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri vəzifəsindən azad olunub. 

XALQ.AZ-ın məlumatına görə, Nərmin Şirəliyeva yenidən Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postuna təyin edilib. 

Moskva vilayətinin mədəniyyət naziri isə Xarlamova Elena Mixayılovna təyin olunub. 

Qeyd edək ki, 2013-cü ilin fevralından isə Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu da tutub. 2018-ci ilin sentyabrında Moskva vilayətinin mədəniyyət naziri təyin edilib. (unikal.org)