Siraqəddin Cabbarovla bağlı şok iddia

15

Saatlının icra başçısı sahibkarlardan və fermerlərdən pul tələb etdiyi iddia edilir

 

Saatlının icra başçısı Siraqəddin Cabbarovla bağlı Xalq.az-a şok məlumat daxil olub. Rayondan gələn xəbərlərdə deyilir ki, faktiki olaraq durum kritikdir və buna səbəb də icra başçısının əhalinin gəlirlərinə göz dikməsidir. Məlumatda vurğulanır ki, Siraqəddin Cabbarovun bu əməllərindən Prezident İlham Əliyevin xəbəri yoxdur. Camaatın yazdığı şikayətlər isə Bakıya göndərilmir. Belə ki, icra başçısının göstərişinə əsasən poçta qəti tapşırıq verilib ki, Cabbarovla bağlı edilən bütün şikayətlər qəbul edilsin, amma ünvanına göndərilməsin. İddaialara görə, poçtun müdiri hətta məktubları açaraq oxuyur.Rayon camaatının dediyinə görə, Siraqəddin Cabbarov işi o həddə çatdırıb ki, hətta bazarda kiçik tiçarətçilərdən də haqq tələb edir. Camaatın durumunun dəhşətli olduğunu və hamıdan aylıq haqqa tələb edən icra başçısının əlindən artıq bezdiklərini bildirən şəxslər qeyd edirlər ki, hal hazırda rayonda vəziyyət hər an dəyişə bilər. İnsanlar Prezident İlham Əliyevdən duruma əl qoymasını və tədbir görməsini istəyirlər.

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq