“Sirena Motors” vergidən hansı yollarla yayınır?

Belə bir siyasi aforizm var: “Qanun hörümçək toru kimidir – xırda həşəratlar ilişib qalır, iri həşəratlar isə dəlib keçir”. Bəri başdan qeyd edək ki,kifayət qədər “iri həşərat” sayıla biləcək Çin avtomobil markalarının Azərbaycandakı rəsmi nümayəndəsi olan “Sirena Motors” MMC müştərilərisırasından yetərincə hüquqi savada malik olmayan şəxslərə qarşı əsassız iddialar qaldırır. Özü isə vergidən yayınır.

Məsələ burasındadır ki, “Sirena Motors” MMC alıcıları ilə aralarında bağladığı müqavilə, lizinq müqaviləsi yox, alqı-satqı (borc müqaviləsi)müqaviləsidir. Alıcı avtomobilin ümumi dəyərinin əsas hissəsini ödəyib qurtarandan sonra, yerdə qalan borcun az bir hissəsindən şirkət bilərəkdənimtina edir, cüzi borc, gecikmə bəhanələriylə müştəriyə qarşı əsassız məhkəmə davası açır. Həm avtomobilin qiymətinin, həm də yerdə qalan borcun üzərinə yüksək faiz hesablayaraq müştərinin belinə yükləyir və məhkəmədə tələblə çıxış edərək, pulun və avtomobilin geri qaytarılmasına dair qətnamə çıxarılmasını istəyir. “Sirena Motors” MMC hətta hüquq müstəvisində müştərilərə qarşı iddiaları təmin edilmədiyi, avtomobilin cavabdehdən alınmasının qanunamüvafiq və ədalətli hesab edilmədiyi hallarda belə məhkəmə qərarlarını icra etməyə tələsmir.

Bu cür qanunsuz hərəkətlər əməldə Cinayət Məcəlləsinin dələduzluq maddəsinin tərkibini yaradır. Belə çıxır ki, şirkət müştərilərini aldadaraq aralarında alqı-satqı (borc müqaviləsi) müqaviləsi bağlayıb. Əgər belə deyilsə, adı çəkilən şirkət avtomobilin ümumi dəyərinin əsas hissəsini ödəyən müştərini məhkəməyə niyə versin? Və yaxud, onlara qarşı əsassız iddialar irəli sürərək avtomobili geri qaytarılmasıni niyə tələb etsin ki? Bir çox hallarda, şirkətin müştərilərə qarşı belə əsassız iddiaları məhkəmələr tərəfindən araşdırılmadan, müştərinin avtomobilə görə ümumi dəyərinin əsas hissəsini ödədiyi nəzərə alınmadan, eləcə də tərəflər – Satıcı ilə Alıcı arasında bağlanmış müqavilənin alqı-satqı (borc müqaviləsi) müqaviləsi olduğu araşdırılmadan müştərinin üzərinə avtomobilin, tələb olunan pulun alınıb şirkətə qaytarılması öhdəliyi qoyulur. Belə məqamda “Sirena Motors” MMC-dən avtomobil alıb bu cür problemlərlə üzləşən müştərilər diqqəti olmalıdırlar.

Mehmet Çoşkun
“Sirena Motorus” MMC-nin direktoru
Bəs yaxşı,müştərilərini əsassız yerə məhkəməyə verən “Sirena Motors” MMC özü necə vergi ödəyir?

Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş, Nizamnamə əsasında fəaliyyət göstərən “SİRENA” MMC hazırda Abşeron rayon, Bakı-Quba yolunun 5-ci km qərbində yerləşən “Autosity Abşeron” avtomobil satış yolunun üzərində fəaliyyət göstərir. “Sirena Motors” Bakı şəhərində Çin istehsalı olan avtomobillərin satışı ilə məşğul olur. Avtomobillər sözsüz ki, Çin Xalq Respublikasından gömrük yolu ilə gətirilir. Həmin avtomobillər ölkəyə keçirilərkən hər birinə ayrı-ayrılıqda gömrük rüsumu ödənilir. Bəllidir ki, avtomobillər ölkəyə keçirildikdən sonra qazanc əldə etmək üçün qiymətinin üzərinə müəyyən qədər pul qoyulur. Məsələn, avtomobilin birinin dəyəri 17000 (on yeddi) min manatdırsa, ona uyğun da vergi hesablaşmaları aparılır. Ancaq bir çox hallarda bu belə olmur. Avtomobil ilkin qiymətinin üzərinə həddən artıq faiz əlavə olunaraq müştəriyə satılır. Məsələn, qiymət 17000 manatdan 25000-26000 manata qədər artırılır. Elə “Sirena” MMC ilə bu aramızdakı mübahisənin predmeti də budur.

“Bu günlərdə, “Sirena” MMC ilə aramızda yaranmış mübahisə və əlimdə olan alqı-satqı müqaviləsini təkirar nəzərdən keçirməyim şirkətin vergidən yayınma hallarını ortaya çıxardı. Apardığım kiçicik bir araşdırmadan belə qənaətə gəldim ki, sözügedən şirkət “alıcı”yla bağladığı “alqı-satqı” müqaviləsində avtomobilin real qiymətini 8000-9000 min manata qədər artırır. Lakin vergi hesablaşmalarını ilkin qiymətlə aparır. “Sirena” MMC –lə aramızda bağlanmış 24 oktyabr 2014-cü il tarixli 1135 nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında razılaşmış qiymətə və dəyəri ödəniş cədvəlinə uyğun olaraq ödənilmək şərtilə 1 (bir) ədəd avtomaşın alıcıya, yəni mənə satılmışdır. “MÜQAVİLƏ ÜZRƏ AVTOMAŞININ QİYMƏTİ VƏ ÖDƏNİŞ QAYDASIN” da müqavilə üzrə avtomaşının qiyməti 25768 (iyirmi beş min yeddi yüz altmış səkkiz) manat müəyyən olunur. Hansı ki, həmin avtomobilin real qiyməti 17300 (on yeddi min üç yüz) manat təşkil edirdi. Avtomaşının üzərinə yülklənmiş faiz borcu isə vergidən gizlədilir. Bu qənaətdəyəm ki, sözügedən şirkətdə ciddi vergi yoxlamaları aparılmasına böyük ehtiyac var. Neyləməli?: Azərbaycan istehlakçısı aldığı malın keyfiyyətində və qiymətində uduzursa, qoy heç olmasa dövlətimiz tutduğu vergidə itirməsin.

 

Orxan