Şirməmməd Hüseynov II Fəxri xiyabanda dəfn olundu

Dünən vəfat edən görkəmli alim və mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovla vida mərasimi keçirilib.
XALQ.AZ-ın xəbərinə görə, Bakı Dövlət Universitetində baş tutan vida mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, PA-nın şöbə müdiri Fuad Ələsgərov, Təhsil naziri Ceyhun Bayramov, Səhiyyə naziri Oqtay Şirəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Vergilər naziri Mikayıl Cabbarov, MSK sədri Məzahir Pənahov, AMEA prezidenti Akif Əlizadə, Ombudsman Elmira Süleymanova, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirlər.
BDU-nun rektoru Elçin Babayev deyib ki, Şirməmməd Hüseynov yüzlərlə jurnalistin ustadı olub: “O, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından idi. Azərbaycan dövləti Şirməmməd müəllimin zəhmətini hər zaman qiymətləndirib. Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görsün. Təbii ki, arzusuna çatdı. Şirməmməd müəllim özündən sonra heç bir zaman unudulmayan tarixi iz qoydu. Allah rəhmət eləsin!”.
Vida mərasimi başa çatandan sonra Şirməmməd Hüseynov II Fəxri xiyabanda dəfn olunub.

Yeganə