Sirus Təbrizli dəfn olundu- Fotolar

sirus

Azərbaycan milli azadlıq hərəkatında fəal iştirak etmiş, YAP-ın qurucularından olan Suris Təbrizli torpağa tapşırıldı

Xalq.az Qafqazinfoya  istinadən məlumat verir ki, hakim YAP-ın qurucularından olan eks-nazir Sirus Təbrizli 8 sentyabr saat 15 radələrində torpağa tapşırılıb. Onun sözlərinə görə dəfndə iqtidar və müxalifət düşərgəsinin tanınmış simaları olublar. Belə ki, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli, YAP-ın sədr müavini Əli Əhmədov, Diasporlarla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov, AMİP sədri Etibar Məmmədov, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və tanınmış politoloq Mübariz Əhmədov iştirak edib.

Qeyd edək ki,sabiq nazirə öncə II Fəxri Xiyabanın girişində məzar yeri qazılıbmış. Lakin Sirus Təbrizlinin ailəsi onun son arzusunun yerinə yetirilməsini istəyib. Mərhum Anar Məmmədxanovla dost olan Sirus Təbrizli onun yanında dəfn olunmasını istəyibmiş. Onun son arzusu yerinə yetirilib.

 

11 12 13 14 15 16 17


Comments are closed.