Şirvan DYP-dən şikayət var

DYP

 

Acınacaqlı durumda yaşayan Taleh Cəfərov qanunsuz olaraq cərimələndiyini deyir

Hal hazırda Sabirabad rayonunun Nəsimi kəndində yasayan və ailə durumu kifayət qədər ağır olan Taleh Cəfərov Şirvan şəhər Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və rəisindən şikayətçi düşüb. Sözügedən şəxs bildirib ki, fevralın 12-də idarə etdiyi 10 EH 324 dövlət nömrə nişanlı VAZ 21063 markalı maşını ilə Şirvan şəhərindəki Heydər Əliyev prospekti ilə hərəkət edərkən, DYP əməkdaşları tərəfindən saxlanılıb.

Taleh Cəfərov qeyd edir ki, ona «saxla» əmri veriləndən sonra maşınını saxlayıb. «Məndən sənədlərimi istədilər. DYP əməkdaşlarından nəyə görə saxlandığımın səbəbini soruşdum. Özünü təqdim etmək istəməyən polis əməkdaşı kobud şəkildə «səndən sənəd istənildi, onu ver» deyə bildirdi».

Sabirabad sakini bildirir ki, DYP əməkdaşı onun sənədlərini alıb, yoxlayıb və qaydasında olduğunu deyib. Sonra isə bildirib ki, «Samir müəllim maşında oturub, gör neynirsən». «Heç bir yol hərəkət qaydasını pozmadığımdan etiraz etdim və bildirdim ki, kimsəyə verəcək bir şeyim yoxdur. Bu zaman polis əməkdaşı maşina yaxınlaşıb rəislə nə söhbət etdisə, geri dönərək mənə yol-nişanının tələblərini pozduğumu söylədi. Bu zaman onlardan qaydanı pozduğumu əks etdirən videogörüntü tələb etdim. Və bildirdim ki, DYP maşınlarında kameralar olur və onu açıb mənə göstərsinlər. Bu sözlərimdən sonra polis əməkdaşı əsəbiləşdi və mənə protokol yazmağa başladı».

Taleh Cəfərov daha sonra qeyd edir ki, o, bu zaman DYP əməkdaşının kimliyini müəyyənləşdirə bilib. Öyrənib ki, ona protokol yazan şəxs Orxan Qasımovdur. «Protkolun qərəzli olduğunu bildirdim və sənədə imza atmadım. O isə cavabında mənə bildirdi ki, 151,2 maddənin tələblərini pozduğuma görə, 60 manat cərimə edilirəm».

Şikayətçi sonda onu da bildirib ki, bununla bağlı mətbuat vasitəsi ilə rəsmi qurumlara müraciət edərək, onlardan pozulmuş hüquqlarının bərpa olunmasını istəyir

Jam.az