Şirvan neftçiləri İlham Əliyevə “HƏ” deyir

XALQ,AZ xəbər verir ki, YAP Şirvan şəhər təşkilatı 11 aprel prezident seçkisiylə bağlı təşviqat kampaniyasını davam etdirir. YAP-ın seçki qərərgahının YAP Şirvan şəhər təşkilatı “İlhamla İrəli” devzi altında “Şirvan Oyl” şirkətinin işçiləriylə görüş keçirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Samid Abıyev çıxış edərək ölkə prezidenti İlham Əliyevin 15 illik fəaliyyəti dövründə bütün sahələrdə olduğu kimi neft sektorunda xüsusi diqqət göstərib. Qara qızıl istehsalçıları eyni zamanda İlham Əliyevə doğma insanlardır. Çünki İlham Əliyev Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışanda sizlərin qayğıları ilə yaxından məşqul olub. Odur ki, neftçilərimiz hər zaman prezident İlham Əliyevin ətrafında olublar. “Şirvan OYL” şirkətinin istehsalın təminatı üzrə vitse-prezidenti İltizam Yusifov çıxış edərək 11 apreldə hər birimiz ailə üzüvlərimizlə YAP-ın namizədi İlham Əliyevin növbəti dəfə parlaq qələbəsini təmin etmək üçün seçkidə fəal iştirak edəcəyik.

 

Elgün