Şirvanlı gənclər “İlhamla irəli” deyir

XALQ,AZ xəbər verir ki, YAP Şirvan şəhər təşkilatı 11 aprel prezident seçkisiylə bağlı təşviqat kampaniyasını davam etdirir. YAP-ın Mərkəzi Seçki Qərargahının YAP Şirvan şəhər şöbəsi “İlhamla İrəli” devzi altında 02 aprel 2018-ci il tarixdə Şirvan İdman Olimpiya kompleksində ilk dəfə səs verən seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şirvan şəhər təşkilatının sədr müavini Paşa Nəbiyev və 1 saylı orta məktəbin direktoru Rəfiqə Rzayeva çıxış edərək prezident İlham Əliyevin gənclər siyasətindən, gənclərin dövlət strukturlarında irəli çəkilməsindən və xarici ölkələrin tanınmış ali təhsil ocaqlarında təhsil almalarına dövlət dəstəyindən ətraflı məlumat veriblər. Gənclərimizin idmana həvəs göstərməsi və yüksək naliyyətlər əldə etməsini İlham Əliyevin bu sahəyə ayırdığı diqqətin nəticəsidir deyən natiqlər bildiriblər. Gənclər öz çıxışlarında ölkəmizin inkişafın davamlı olması üçün 11 apreldə seçki məntəqələrinə gələrək fəallıq nümayiş etdirərək İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Elgün