Siyəzəndə 76 yaşlı qadın intihar edib

17
Okyabrın 15-i Siyəzən rayonu ərazisində intihar faktı qeydə alınıb.

 

Xalq.az APA-a istinadən xəbər verir ki,  1937-ci il təvəllüdlü Siyəzən şəhər sakini Həsənova Bikə Əhməd qızı özünü Samur-Abşeron su kanalına ataraq intihar edib. O, yaxınlıqdakı insanlar tərəfindən sudan çıxarılaraq Siyəzən Regional Müalicə Diaqnoztika çatdırılıb. Lakin 76 yaşlı qadının həyatını xilas etmək olmayıb.

 

Faktla bağlı Siyəzən ryon Prokurorluğunda araşdırma aparılır.