Siyəzəndə payızlıq taxıl səpini aparılacaq

Siyəzən rayonunda bu il 7 min hektar sahədə payızlıq taxıl səpini aparılacaq.

XALQ.AZ xəbər verir ki, artıq 2 min 620 hektar sahədə səpin işi başa çatdırılıb.

Siyəzənli təsərrüfatçılar əsasən “Əzəmətli-95”, “Qobustan”, “Bezos” kimi buğda sortlarına üstünlük verirlər. Bu növlər rayonun iqlim şəraitinə uyğundur və məhsuldarlığı ilə fərqlənir. Ötən mövsüm bu sortların becərildiyi dəmyə əkin sahələrinin hər hektarından 30 sentnerə yaxın məhsul əldə olunub.

Siyəzəndə payızlıq səpinin vaxtında başa çatdırılması üçün müvafiq tədbirlər görülür. Taxılçılar bütün qüvvələrini kampaniyanın müvəffəqiyyətlə başa çatmasına səfərbər ediblər.

Rayonda ötən il 3 min 360 min hektar buğda, 2 min 796 hektar arpa becərilib. Ötən mövsüm Siyəzən rayonu üzrə 22 min tondan çox taxıl istehsal olunub.

 

Orxan