Siyavuş Nəbiyevin meyiti tapıldı

 

05

Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılmışdır

 

Oktyabrın 14-də Sumqayıt şəhərinin Yeni Yaşma bağlar sahəsində şəhər sakini Bəndalı Qarayevə məxsus bağ evində onun həmyerlisi Siyavuş Nəbiyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xalq.az  bildirmişlər ki, hadisənin törədilməsində şübhəli bilinən ev sahibi Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci böməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. O, Sumqayıt Şəhər Prokurorluğuna təhvil verilmişdir.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.