Siyavuş Novruzov İnzibati Xətalar Məcəlləsinə köklü dəyişiklik təklif etdi

Milli Məclisin deputatı Siyavuş Novruzov İnzibati Xətalar Məcəlləsinə ümumi dəyişiklik edilməsini təklif edib.

XALQ.AZ xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında S. Novruzov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin müzakirəyə çıxarılıb təkmilləşdirilməsinə ehtiyac var.

“Demək olar ki, hər iclasda biz İnzibati Xətalar Məcəlləsinə bir neçə dəfə dəyişiklik edirik. Təklifim odur ki, Məcəllənin özü müzakirəyə çıxarılsın və təkmilləşdirilsin. Məcəllənin özünə ümumilikdə baxılmalıdır”.

 

Orxan