Siyavuş Novruzov: “Yas və toy mərasimlər ilə bağlı qanun qəbul edilməlidir”

Azərbaycanda növbəti ildə bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər qanunlar var. Lakin onların təkmilləşdirilməsinə ehtiyac duyulur”.

XALQ.AZ  xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib.

Komitə sədri deyib ki, ölkədə bələdiyyə üzvlərinin sayı həddindən çoxdur:

“Dünya təcrübəsində götürsək, heç bir ölkədə bu qədər sayda bələdiyyə təmsilçisi yoxdur. Azərbaycanda ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Burada 1 nəfərin olması kifayətdir. Bir dairədən 1 millət vəkili olur, lakin 200-300-dən artıq bələdiyyə üzvü seçilir. Hesab edirəm ki, biz bunu təkmilləşdirməliyik. Bu, onların iş fəaliyyətinə də xeyli təsir edəcək”.

Komitə sədri çıxışı zamanı Azərbaycanda yas və toy mərasimlər ilə bağlı qanunların təkmilləşdirilməsinə ehtiyac olduğunu dilə gətirib:

“Düzdür bu mərasimlər xalq tərəfindən müəyyənləşdirilir. Amma bunların qanunla tənzimlənməsinə ehtiyac var. Hansısa tövsiyələrlə bunun tənzimlənməsi mümkün deyil. Belə halda, nəticə əldə edilmir. Çünki oradan vəsait qazanan insanlar buna imkan vermirlər. Bu baxımdan mərasimlərin tənzimlənməsi istiqamətində konkret qanun qəbul etməliyik”.

 

 

Orxan