Siz hələ də onlara inanırsınız

 

47

Mübariz Qurbanlı:“Partiyaların gücünü seçkilər, cəmiyyətin mövqeyi müəyyən edir”

“Son seçkilər Azərbaycan müxalifətinin nəyə qadir olduğunu və siyasi süqutunu aydın şəkildə ortaya qoydu”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP icra katibinin müavini Mübariz Qurbanlı sosial şəbəkələrdə müxalifət fəallarının cəmiyyətin dəyişiklik istəməsi ilə bağlı iddialarını şərh edərkən belə deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti seçkilərdə öz aydın mövqeyini ortaya qoyub: “Siz hələ də onlara inanırsınız?! Siyasi səhnədə partiyaların gücünü seçkilər, cəmiyyətin mövqeyi müəyyən edir. İstər ötən ilin oktyabrında, istərsə də ona qədər keçirilən bütün seçkilərdə istinasız olaraq Yeni Azərbaycan Partiyası üstünlük qazanıb. Onlar seçkilərdə cüzi səs qazanmaqla, öz siyasi süqutunu rəsmiləşdirirlər. Seçkidən sonra məğlubiyyətini etiraf etmək və qalibi təbrik etmək əvəzinə, qarayaxmaqla, seçkilərin şəffaflığına kölgə salmaqla məşğul olurlar. Elə məhz buna görə də, ictimai dəstəyi itiriblər. Hesab edirəmn ki, onları ciddiyə almağın və mənasız statuslarını şərh etməyin özü belə vaxt itkisidir”.