Slovakiyanın Azərbaycanda səfirliyi açıldı

Bu gün Bakıda Slovakiya Səfirliyinin açılışı mərasimi keçirilib.

Tədbirdə Slovakiyanın xarici işlər naziri Miroslav Layçak iştirak edib.

Daha əvvəl M.Layçak Trend-ə müsahibəsində bildirmişdi ki, səfirliyin açılması Slovakiya üçün Azərbaycanla ticarət əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə biznes missiyalar təşkil etmək imkanlarını artıracaq:

“Biz işgüzar əlaqələri əməkdaşlıqların başlanması üçün ən yaxşı vasitə hesab edirik. Bu fikir işgüzar insanlar, baş nazir Peter Pellerqrinin rəhbərliyi altında Azərbaycana səfər etmiş nümayəndə heyətinin üzvləri də bölüşüb”.