Snup Doq Ağ evdə marixuana çəkib

Doooq

Məşhur rep ifaçısı Snup Doq maraqlı açıqlamaları ilə hər kəsi şoka salıb.

XALQ.AZ-ın məlumatına görə, ifaçı verilişlərdən birində Ağ evdə narkotik vasitədən istifadə etdiyi barədə danışıb. Bu hadisə ötən il baş verməsinə baxmayaraq o bu barədə ancaq ötən gün danışıb.

Snup Doqun aparıcılıq etdiyi “Double G News Network” verilişinin bu dəfəki qonağı məşhur telejurnalist Cimmi Kimmel olub. Kimmi repçiyə “Nə vaxtsa Ağ evdə narkotik çəkmisən?” sualını verib. Snup Doq isə bu suala açıq cavab verib. O bildirib ki, 2013-cü ildə ABŞ prezidenti Barak Obamanın iqamətgahında təşkil etdiyi qonaqlıqda 36 dəvətlidən biri olub:

“Mükafatlandırma gecəsi isi. Darıxırdım, getdim ayaqyoluna girdim orada marixuana çəkdim”-deyərək rep ifaçısı hər kəsi şoka salıb.