Şöbə müdiri koronavirusa yoluxdu

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayev koronavirusa yoluxub.

XALQ.AZ xəbər verir ki, bu barədə jurnalist Fərəh Sabirqızı məlumat yayıb.

Cavid Paşayevin hazırda reanimasiya şöbəsində olduğu bildirilir. Məlumata görə, 3 gün ərzində virus proqress edib, Paşayevin ciyərinin əksəriyyəti zədələnib. 

C.Paşayevin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edilib ki, Cavid Paşayev koronavirus yayılmağa başlayan günlərdən onunla mübarizəyə qatılan ilk həkimlərdən olub. Onun 100-lərlə xəstənin sağalmasında rolu olub, həmişə insanları virusdan qorunmağa çağırıb.