media-866

Xəbər verdiyimiz kimi, “Sobsan” boya məhsullarının istehsalçısı “Rəmsi-S” MMC-yə yazılan inzibati protokola növbəti dəfə baxılacaq tarix açıqlanıb.

 

XALQ.AZ-ın xəbərinə görə, sənədə Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə fevralın 6-da baxılacaq.

Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Şirkətin təsisçisiCavid Səbzəliyevdir. Ümumiyyətlə, bu şirkətin Cavid, Araz və Zöhrab Səbzəliyev qardaşlarına məxsus olduğu deyilir. Həmçinin Cavid Səbzəliyev “Technol” markalı yağların istehsalçısıdır .

 


media-ads-728x90

Bənzər xəbərlər