SOCAR-da yeni təyinatlar

SOCAR-ın müəssisələrində yeni rəhbər şəxslər təyin olunub. Fontana qarşı dağmədənxilasetmə hərbiləşdirilmiş hissəsinin rəisi Aqil Məmmədov təqaüdə çıxıb və onun yerinə “Kompleks Qazma İşləri” Trestinin (KQİT) rəisi İskəndər Şirəli təyin olunub. KQİT-in müdiri vəzifəsinə isə SOCAR-ın baş ofisinin Qazma şöbəsinin rəisi Əliş Həsənov təyin olunub.

XALQ.AZ xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, “Azneft” İstehsalat Birliyində (İB) bir sıra təyinatlar baş tutub. Belə ki, İB-in “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə (NQÇİ) Ayaz Bağırov, H.Z.Tağıyev adına NQÇİ-nə Fəxri Haqverdiyev, “Bibiheybətneft” NQÇİ-nə Salman Əliyev, Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrinə Xaliq Şəfiyev təyinat alıblar.

“Azneft”in baş mühəndisi – baş direktorun birinci müavini vəzifəsinə isə Rövşən Qarayev gətirilib.

“Azneft” İB-nin “Siyəzənneft” NQÇİ-nin yeni rəisi Ayaz Bağırov daha öncə bu idarədə baş mühəndis, H.Z.Tağıyev adına NQÇİ-nin yeni rəisi Fəxri Haqverdiyev daha öncə “Bibiheybətneft” NQÇİ-nin rəisi, “Bibiheybətneft” NQÇİ-nin yeni rəisi Salman Əliyev daha öncə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi, Qaz anbarlarının istismarı idarəsinin yeni rəisi Xaliq Şəfiyev daha öncə N.Nərimanov adına NQÇİ-nin rəisi, Birliyin yeni baş mühəndisi – baş direktorun birinci müavini Rövşən Qarayev isə daha öncə Qaz anbarlarının istismarı idarəsinin rəisi vəzifələrində çalışıblar. Eyni zamanda, İB-nin keçmiş baş mühəndisi – baş direktorun birinci müavini olan Balamirzə Ağarəhimov hazırda SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidentinin müavini vəzifəsinə çalışır.

Qeyd edək ki, “Azneft”in N.Nərimanov NQÇİ, eləcə də SOCAR-ın baş ofisinin Qazma şöbəsinə rəislər hələlik təyin olunmayıb.

 

Orxan