SOCAR-ın işçiləri evdən işləyəcək – Koronavirusa görə

SOCAR şirkəti əməkdaşları koronavirusa görə evdən işləyəcəklər.

XALQ.AZ xəbər verir ki, bu barədə Unikal.org-a Qurumun ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. O, bildirib ki, bu qabaqlayıcı tədbirlər bir müddət davam edəcək:

“Bu profilaktik tədbirlərdir və əsasən də insanların çox toplaşdığı yerlərdə, məsələn ofis şəraitində xəstəliyə yoluxma riskini minimum azaltmaq məqsədi daşıyır və bu qaydalar istehsalatda işləyən şəxslərə aid deyil. Həmçinin SOCAR-ın inzibatı binasına daxil olan insanların tempraturu ölçülür, spirtli dispensirlər yerləşdirilib, havalandırma cihazlarına antiseptik məhlullar yerləşdirilib. İşçilərə təklif olunub ki, kompüter avadanlıqlarını götürüb evdən işləsinlər. Skayp və digər internet proqramlar üzərindən iclaslar təşkil olunsun, yəni bir otaqda çox adam yığışmasın.Virus yayılmış ölkələrdən qayıdan əməkdaşlar isə 2 gün ərzində işə çıxmayaraq SOCARın hesabına müayinədən keçəcəklər.Hələlik həmin ölkələrə getmək qadağa olunub.İnzibati binalarda işləmələr ayın 20-nə, təlimlər isə ayın 10-na qədər dayandırılıb”.