“Amina & S Group” MMC-nin işçiləri tərəfindən XALQ.AZ saytının redaksiyasına şikayət ərizəsi göndərilib. Onlar iddia edirlər ki, may ayından bəri iş vaxtından artıq müddətdə görülən işə görə hesablanan əmək haqqını ala bilmirlər:

“Biz, işçilər, yazaraq xahiş edirik ki, problemimizi işıqlandırasınız.

“Amina & S Group” MMC may ayından bəri işlədiyimiz artıq saatların ödənişini vermir. Sözügedən şirkətin təsisçisi Emin Əhmədov suallarımıza cavab vermir. Müdriyyət sanki yoxa çıxıb, onlardan xəbər yoxdur.

Qeyd edək ki, iş vaxtı 12-14 saat aralığında olurdu. Bəzən də daha çox işləyirdik. Biz sözügedən şirkətdən əziyyətimizin qarşılığını tələb edirik. Gözləntimiz qarşılanmasa, hüquqi yollara əl atacağıq”.

Qeyd edək ki,  “Amina & S Group” MMC-nin rəhbəri Emin Əhmədovdur.

“Amina və S Group”  MMC-in baş ofisi Bakı ş. Ceyhun Hacıbəyli 302 ünvanında yerləşir.

Şirkət əsasən “SOCAR”-ın tikinti sahəsində sifarişlərini icra edir.

Şirkət tikinti sahəsində binalar və yerüstü qurğular.nəqliyyat infrastrukturu,  sənaye sahəsi, qaz xəttlərinin çəkilməsi, MEP (Mexanik, Elektrik, Su təchizatı),Layihə idarəetməsi & mühəndislik ,Memarlıq & Dizayn  fəaliyyət göstərir. Həmçinin   PerkinElmer üçün distribyutor kimi xidmət edir.

Şirkətdən məlumat almaq mümkün olmadı bununla bağlı açıqlamaların verməyə hazırıq.

 

 


media-ads-728x90

Bənzər xəbərlər