SOCAR-ın Rumıniyada nümayəndəliyi “Neftçilər günü”-nə tədbir keçirib

0

 

Müstəqil Azərbaycanın təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli enerji siyasətinin başlanğıc nöqtəsi kimi qəbul edilən “Əsrin müqaviləsi”nin 20 illiyi və “Neftçilər Günü” münasibəti ilə  SOCAR Rumıniya Nümayəndəliyi Buxarestdə  tədbir keçirib.  XALQ.AZ-ın verdiyi məlumata görə, tədbirdə SOCAR Rumıniya Nümayəndəliyi rəhbəri Həmzə Kərimov, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. .
Tədbirdə çıxış edən natiqlər “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti, onun yol açdığı digər əməkdaşlıq layihələri və əldə olunmuş nailiyyətlər barədə danışıblar. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə Xəzər regionunun enerji ehtiyatlarının beynəlxalq bazara çıxış imkanı qazanması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb..

Ruminiyada  möhtəşəm tədbirdə fotoları təqdim edirik:

 

1236