“SOCAR Polymer”in Yüksəksıxlıqlı Polietilen Zavodu dekabrda açılacaq

“SOCAR Polymer” layihəsinin illik istehsal gücü 120 min ton nəzərdə tutulan Yüksəksıxlıqlı Polietilen Zavodunun bu ilin dekabr ayında istehsala başlaması planlaşdırılır.

XALQ.AZ xəbər verir ki, bunu “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, zavodun bu il dekabr ayının ortalarında, yaxud da sonunda istismara verilməsi nəzərdə tutulub.

O, zavodun məhsullarının əksər hissəsinin ixrac olunacağını, 35-40%-nin isə daxili tələbata yönəldiləcəyini qeyd edib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.