Soçi Olimpiadasına start verildi

45

 

Soçidə 22-ci Qış Olimpiya oyunlarında ilk yarışa qoşulan Böyük Britaniyalı Billi Morqan olub.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 24 yaşlı Morqan Ekstrim-parkın trassında sloupstayl üzrə yarışa başlayıb. Olimpiadanın ev sahibi olan Rusiyadan isə ilk yarışa qoşulan Aleksey Sobolev olub.

O, bu yarışda 9-cu çıxış edib. “Trassda şərait əladır, şikayət etmək olmaz. İnanırıq ki, Olimpiadadan sonra da bu park belə yaxşı vəziyyətdə qalacaq və biz burada məşq edəcəyik”, – deyə rus idmançısı bildirib.
Xatırladaq ki, fristayl üzrə qadınların yarışı da bu gün başlayacaq.