Son beş ildə Lerikdə 30 yeni məktəb binası inşa edilmişdir

03

 

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlər planına uyğun olaraq Lerik rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
AzərTAc xəbər verir ki, tədbirlər planı çərçivəsində son beş ildə Lerikdə 30 yeni məktəb binası inşa edilmiş, 5 məktəbdə əsaslı təmir işləri aparılmışdır.
Hazırda rayonun Nücü kənd tam orta, Ərdəbilə, Ağqışlaq və Arta kənd ibtidai məktəbləri üçün yeni binaların tikintisi, Mastail kənd tam orta məktəbində əsaslı təmir işləri davam etdirilir.