SON DƏQİQƏ! Məşhur aktyor həbs edildi

Məşhur Hollivud ulduzu Alek Bolduin Nyu-York şəhərində həbs edilib.

 

XALQ.AZ  xəbər verir ki, bu barədə “CNBC” kanalı məlumat yayıb.

İlkin versiyaya görə, aktyor parkinqdə onun yerini tutan kişinin üzünə zərbə endirib. Polis bölməsində ona qarşı hücum və təhqir ittihamı irəli sürülüb. İki saatlıq ifadədən sonra Alek sərbəst buraxılıb. Çənəsi zədələnmiş sürücünü isə xəstəxanaya aparıblar.

Alek Bolduin televiziyada ABŞ prezidentini parodiya edib. Tramp isə bu insidentdən sonra aktyora “uğurlar” arzulayıb.

Qeyd edək ki, Alek Bolduin “Perl-Harbor”, “Bitlcus” və başqa filmlərə çəkilib. Emmi mükafatı sahibidir. ABŞ prezidenti Donald Trampı dəfələrlə tənqid edib.

 

 

Orxan