Son dəqiqə: Azərbaycanda yüksək vəzifəli şəxslər saxlanıldılar

Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

XALQ.AZ-ın verdiyi məlumata əsasən keçirilən əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və sözügedən qurumda çalışan Elçin Ələkbərov saxlanlıb.

Adıçəkilən şəxslər işlərində yol verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinir. Hər iki şəxs hazırda vəzifə səlahiyyətlərini aşdığına görə saxlanılıb.

Bundan əlavə, DSMF-nin Kəpəz rayon şöbəsinin rəisi Ülfət Əhmədov da tutduğu vəzifədən azad olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.