Son dəqiqə: XİN-də əməliyyat keçirilir – Saxlanılanlar var

XALQ.AZ DTX-nin saytına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

*****

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində anti-korrupsiya əməliyyatı həyata keçirilir.

Xəbər verdiyimiz kimi, keçirilən anti-korrupsiya əməliyyatında həbs olunanlardan birinin adı bəlli olub.

Bu nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadədir.

XALQ.AZ