SON DƏQİQƏ: Yüksək vəzifəli şəxsin oğlu faciəvi ölümü-Təcili Tibbi Yardım gecikdi

Bakının Nərimanov rayonunda  yaşadığı binadan yıxılan şəxsin kimliyi məlum olub.

XALQ.AZ xəbər verir ki,  Orxan Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin oğludur.

Bildirilir ki, O.Ağayev idmanla məşğul imiş. O, cüdo üzrə Azərbaycan çempionu olub. O.Ağayev Polis Akademiyasının məzunu imiş. O, Baş Dövlət Yol Polisi İdarəsində işləyirmiş.

5-ci mərtəbədən yıxılan O. Ağayev  üçün hadisə yerinə   çağrılan Təcili Tibbi Yardım gec gəldiyi üçün o  ölüb.

Ölümün  səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

Orxan