“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu-FOTO-VİDEO

Türkiyənin Antalya şəhərində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu Azərbayan Xalq Cümhuriyətinin 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filminin nümayişi olub.

Tədbir “İslahatçı Gənclər” İсtimai Birliyi və Serik Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Filmin təqdimatında ictimai-siyasi xadimlər, ziyalılar, hər iki ölkədən dəvət olunmuş millət vəkilləri, Antalyanın aktiv gəncləri, Serik Bələdiyyəsinin sədri, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Çıxışçılar Ümummilli lider Heyər Əliyevin “Bir millət, iki dövlət” ideyasını tarixin bütün dövrlərində var olduğunu deyib, Azərbaycan dövlətinin müstəqillik uğrunda verdiyi tarixi mübarizədən danışıblar.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı “Son İclas” filmini Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyətinin bütün məqamlarını mükəmməl şəkildə əks etdirən olduqca uğurlu ekran əsəri adlandırıb. O bildirib ki, bugünkü müasir və güclü Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir. O vurğulayıb ki, Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sona Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dünya miqyasında nüfuzlu ölkəyə çevrilmişdir.

Fərid Şahbazlı Azərbaycanla Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrinə diqqət çəkərək, filmdə Azərbaycanı müstəqilliyə aparan çətin və ağır yolda Türkiyənin dəstəyinin də yer aldığının əks olunduğunu xüsusi vurğulayıb.

Serik Bələdiyəsinin sədri Professor Ramazan Çalık 100 il öncə Şərqdə ilk dəfə olaraq müstəqilliyini elan edən Azərbaycanın bu tarixi keçmişinin qardaş Türkiyədə türk xalqına göstərilməsinin olduqca əhəmiyyətli olduğunu deyib. Bələdiyyə sədri son illər hər iki ölkə arasında daha da möhkəmlənən qardaşlıq əlaqələrindən danışıb, bütün çətinliklərə baxmayaraq, bu birliyin əbədi və sarsılmaz olduğunu vurğulayıb. O həmçinin müasir Azərbaycanın sürətlə inkişafının bütün dünyanın nəzər nöqtəsində olduğunu bildirib.

Milli Məclisin deputatı Naqif Hamzəyev isə çıxışında Xalq Cümhuriyyətinin tarixi keçmişindən bəhs edib və bu müstəqillik süquta uğradıqdan sonra qardaş Türkiyənin bu mübarizənin fəal qəhrəmanı olan Azərbaycanın tarixi şəxsiyyətlərinə qucaq açdığını deyib. Millət vəkili çağdaş Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində böyük uğurlara imza atan Azərbaycanın Cumhuriyyət tarixinin filmdə yüksək səviyyədə əks olunduğunu vurğulayıb.

Cümhuriyyətin fəaliyyətini, qarşılaşdığı problemləri, süqutunun səbəblərini, eləcə də müstəqilliyimizin bərpasının ilk illərində mühüm tarixi məqamları əks etdirən film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sonra Azərbaycanın Cümhuriyyət tarixindən bəhs edən fotolardan ibarət sərgi ilə tanışlıq olub.

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Sənət Akademiyası”nın gənc istedadlarının ifasında “Çırpınırdın Qara Dəniz” və bir çox vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.

Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzi tərəfindən Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün çəkilib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

Filmdə Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb. Filmin ssenarisi indiyədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə – istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizəsi əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır.

Sovet dövrünün amansız qadağalarına baxmayaraq 1980-ci illərin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin bayrağı milli-azadlıq hərəkatının kütləvi tədbirlərində istifadə olunmağa başlanıb. Üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunub və belə bir addımın atılması Azərbaycan hakimiyyətinə də tövsiyə edilib. Bütün bu tarixi məqamlar barədə filmin sonunda maraqlı və orijinal kadrlar canlanır.

Qeyd edək ki, Türkiyənin Antalya şəhərində “Bir Millət İki Dövlət-Gənclik Görüşü” proqramının baş tutmasına “Okuklu Holdinq” dəstək verib.

 

 

На данном изображении может находиться: 2 человека, люди стоят

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.