“Son kəşfiyyat, son döyüş”

Dünən Bakı Dövlət Sosial İqtisad Kollecinin akt zalında Qarabağ müharibəsində canından keçmiş şəhid Araz Əhməd oğlu Pirimovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə yazıçı Şöhrət Səlimbəylinin şəhidin həyat yolundan bəhs edən “Son kəşfiyyat, son döyüş” adlı kitabı təqdim olundu.
Tədbiri giriş sözü ilə Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru Vidadi Orucov açaraq qəhrəman şəhidimizin keçdiyi şərəfli ömür və döyüş yolundan danışdı. Bildirdi ki, şəhid Araz Əhməd oğlu Pirimov Bakı Dövlət Sosial İqtisad Kollecinin yetirməsi olub. O, bütün qonaqların şəhidin müqəddəs ruhunun təntənəsinə toplaşdığı bu günün Milli Qurtuluş Gününə təsadüf etdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, o qanlı-qadalı günlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkəmizdə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu. Düşmənin aramsız hücumlarının qarşısı kəsildi. Məhz Heydər Əliyevin dövründə “Əsrin müqaviləsi” adlı neft sazişi imzalandı. Bununla da, Azərbaycanın həm siyasi, həm də iqtisadi təhlükəsizliyi təmin edildi. V.Orucov dedi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, ən qısa zamanda Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız düşmən tapdağından azad ediləcək.
Sonra yazıçı Şöhrət Səlimbəyli həmin illərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açdı. O, Vətən uğrunda həyatını qurban vermiş şəhid Araz Pirimovun göstərdiyi misilsiz qəhrəmanlıqdan danışaraq, onun Qurban Pirimov ocağının yetirməsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə çıxış edən digər natiqlər – Əməkdar müəllim, şair Əyyub Şuşalı, Bakı Ali Neft Məktəbinin dekanı Zəfər Qurbanov, Təhsil İnstitutunun direktor müavini Anar Nağıyev, Bakı Dövlət Sosial İqtisad Kollecinin müəllimi Allahverdi Culfayev şəhidin Vətənimiz uğrunda gedən döyüşlərdə göstərdiyi xüsusi qəhrəmanlıqdan danışaraq, onun həyat yolunun gənc nəslə örnək olduğunu vurğulayaraq, şərəfli ömür yolundan söhbət açdılar. Qeyd edildi ki, Araz Pirimovun şərəfli həyat yoluna nəzər saldıqda bir daha şahid olursan ki, insan Vətəni sevə, onun uğrunda canından keçməyə hazır olmalıdır.
Sonda şəhidin qardaşı Azad Pirimov ailəsi adından tədbir iştirakçılarına və təşkilatçılara dərin təşəkkür etdi. Şəhidin xatirəsinin ehtiramla yad edilməsində əməyi olan kollecin tələbə və müəllim heyətinə minnətdarlığını bildirdi.

 

undefined

undefined

 

undefined

undefined