Son məlumat – 22 mülki şəxs həlak olub,74 nəfər yaralanıb

Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində baş vermis itkilərlə bağlı son məlumat (27.09.2020-ci il tarixdən – hazıradək (04.10.2020-ci il saat 10:00) açıqlanıb.

XALQ.AZ Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətinin müvafiq məlumatını təqdim edir:

Həlak olmuş şəxslərin sayı – 22;

Yaralanmış şəxslərin sayı – 74;

Ziyan dəymiş mülki obyektlərin sayı – 49;

Ziyan dəymiş yaşayış evlərinin sayı – 248.