“Son təxribat zamanı biz bir daha bunun şahidi olduq”

1463116443 0 ramin memmedov 17 may

22 iyul Milli Mətbuat günü münasibətilə bütün jurnalist dostlarımızı təbrik edir, onlara şərəfli peşələrində uğurlar arzulayıram!

XALQ. AZ xəbər verir ki, bu sözləri deputat Ramin Mammadov deyib. Onun sözlərinə görə, ölkəmizin ictimai-siyasi həyatında medianın rolu əvəzsizdir:

“İnsanların maarifləndirilməsi və məlumatlandırılması, cəmiyyətin informasiya ehtiyaclarının ödənilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.

Qısa vaxtda böyük yol keçən Azərbaycan mediası dövlətin davamlı qayğı və dəstəyi sayəsində daha da möhkəmlənir, inkişaf edir, yeni uğurlara imza atır. Azərbaycan jurnalistlərinin bir çox üstünlüklərini qeyd etmək olar. Lakin fikrimcə, bunlardan ən mühümü media nümayəndələrimizin yüksək vətənpərvərliyidir.

Ermənistanın sərhəddə törətdiyi son təxribat zamanı biz bir daha bunun şahidi olduq. Bayramınız mübarək əziz jurnalistlər! Azərbaycan mətbuatının 145 illiyi münasibətilə hər birinizi təbrik edirəm”!