“Söndür-yandır, düzələcək” – KTV müştəriləri yola verir – Şikayət
Son vaxtlar bir çox internet provayderlərində qiymət artımına baxmayaraq keyfiyyət aşağı düşüb.
XALQ.AZ-a KTV-dən şikayətini ünvanlayan Xətai r. Vunq Tau qəsəbəsi 15-də yaşayan vətəndaş Gülbəs Həsənova bildirib ki, KTV artıq ağını çıxarıb.
Belə ki, ödənişi yenicə ödədiyinə baxmayaraq 2 gündür internetsiz qalan vətəndaş məcbur olub yuxarı mərtəbədəki qonşunun internetinə qoşulur. KTV-nin qaynar xəttinə dəfələrlə müraciət etsə də əməkdaşlar vətəndaşı yola verərək, “Söndür-yandır, düzələcək” deyiblər. Halbuki ödənişin vaxtı bir gün keçən kimi ödəniş tələb etdikləri halda, öz sorunlarını çözməyə ərinib baxış keçirməyə gəlmirlər.Tribunainfo.az
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.