Sosial şəbəkələrdə olan zaman milli dəyərlərimizi təbliğ edək

Hər keçən gün inkişaf etməkdə olan texnologiya həyatımızın böyük bir hissəsinə sirayət etməkdədir. Virtual məkan genişləndikcə internetdə mövcud olan sosial şəbəkələrin də sayı artır. Danılmaz faktdır ki, bu şəbəkələrin əsas istifadəçi kütləsi gənc nəslin nümayəndələridir . Bu səbəbdən də gündəlik həyatımızda sosial şəbəkələrin müsbət tərəflərini müşahidə edirik. Əsasən, yeni informasiyanın operativ əldə olunması, dünayada baş verən yeniliklər barədə məlumatlar, dünyanın istənilən nöqtəsi ilə birbaşa əlaqə imkanı və s. bunlar müsbət tərəflərdir, lakin doğru və səmərəli istifadə olunduğu təqdirdə. Gənc təşəbbüskarın sözlərinə görə, layihəyə 2017-ci ilindən start verilib və layihə bütün tələbə gənclər üçün fəaliyyət göstərilir.Ali məktəblərdə konsertlər edik . Nicat Müslümov “Azərbaycan İnciləri” layihəsi məqsədinin, gəncləri muğam sənəti ilə bağlı maarifləndirməkdən ibarət olduğunu qeyd edib. “Məni Muğam Mərkəzində konsertlərə dəvət edirlər. Özümlə 20, 30 nəfər də aparıram. Muğam bizim etnik kodumuzdur. Muğamı hər bir azərbaycanlı sevməlidir. Bu da ailədən gəlməlidir. Uşaqlarınıza muğamı sevdirin. Daha sonra “Azərbaycan İnciləri” layihəsini yaratdıq. Sosial mediada aktiv fəaliyyətdəyik. Bunları niyə edirik? Çünki indiki gənclik virtual aləmdə çox olur. Heç olmasa muğam haqqında, sənətkarlar haqqında məlumatlı olsunlar, maariflənsinlər. Məqsədimiz gənclər arasında muğamı sevdirməkdir”. “Azərbaycan İnciləri” layihəsinin koordinatoru Səbinə Cəfərova bildirib ki , Sosial şəbəkələrdə “Azərbaycan İnciləri” Məqsədi əsas məramı Azərbaycan musiqisinin, o cümlədən muğamının, onun tarix və ənənələrinin dəqiq faktiki məlumatlarla müasir gəncliyə çatdırılmasıdır. 10 min üzvü var. Səhifədə gündəlik muğamla bağlı məlumatlar paylaşılır,təbliğ edilir. “Azərbaycan İnciləri” layihəsinin koordinatoru Rita Murad Bu sahəədə görülən işlərdən danışıb. Bildirib ki, Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib olaraq “Azərbaycan İnciləri” fesbuk səhifəsini yaratdıq ki, muğamımızı nəinki Azərbaycanda, ölkəmizdən kənarda təbliğ edək. Bizim “Azərbaycan İnciləri” qrupumuz Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhvələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır. Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır.

 

Orxan