Şou-biznesdə daha bir barışıq

Əməkdar artist Murad Dadaşovla müğənni Natavan Həbibi barışıb.

XALQ,AZ xəbər verir ki, bunu Həbibi instaqram səhifəsində video paylaşaraq elan edib.

Sənətçi sosial şəbəkənin “hekayə” bölməsində Dadaşovla görüntülərini yayımlayıb, aparıcının adı “tag” edərək “ürək” işarəsi qoyub.

Bundan əlavə, Heydər Əliyev Mərkəzinin parkında baş tutan konsertdə aparıcı Murad Dadaşov yeni barışdığı sənətçini sənətçiyə dəvət edib. Həmin görüntülər də ifaçının səhifəsində yayımlanıb.

Bu məqamda bildirək ki, hər iki məşhur arasında qalmaqal Dadaşovun “ATV maqazin” onlarla” proqramında açıqlamasından sonra baş vermişdi.

Əməkdar artist Natavanın kiminsə acığına iş gördüyünü, özü olmadığınısöyləmişdi. Natavan isə həmin proqramda Dadaşov haqqında dnaışmaq istəmədiyini, onunla üz-üzə söhbət edəcəyini bildirmişdi.

 

Elgün