“Sovetski” camaatına veriləcək kompensasiyanın məbləği artırılacaq

Sovetski-1

Dünən keçirilən aksiyadan sonra hökumət mıəbləği 2500-3000 manat etməyin yollarını araşdırmağa başlayıb 
“Sovetski”dəki evlərin sökülməsi müqabulində əhaliyə veriləcək kompensasiyanın həcmi artırılacaq. Xalq.az-a verilən məlumata görə, bu artımla bağlı hökumət nümayəndələri artıq məsləhətləşmələrə başlayıb. Həmin müzakirələrdə kompensasiyanın həcmini artırmağın yolları araşdırılır və əlavə mənbələrin prosesə qoşulacağı nəzərdə tutulur.

Məlumatda deyilir ki, kompensasiyaların ən maksimal həddi 3000 manat nəzərdə tutulacaq. Bu da kvadratı 50-dən az olan evlərə veriləcək. 50 kv.m-dən böyük olan mənzillər üçün isə bu rəqəm 2500-2700 manat təşkil edəcək. Mənbə bildirir ki, hökumət həmçinin özəl şirkətləri də prosesə cəlb etməyi düşünür. Onlar prosesə qoşularsa, qiymət məsələsi azad olacaq. Yəni şirkətlə əhali arasında razılaşma əsasında məbləğ müəyyən ediləcək. Amma burada da maksimal rəqəm 4000 manatı keçməyəcək. Bunun hansı səbəbdən belə müəyyən edildiyi isə məlum deyil.