“Sovetski” sakinləri aksiya təyin etdi

446

 

 

Bakının “Sovetski” məhəlləsinin sakinləri evlərinin sökülməsi müqabilində onlara təklif edilən kompensasiyanın məbləğinə etiraz olaraq bazar günü – fevralın 16-da aksiya keçirəcəklər

Bu barədə virtualaz.org saytına “Sovetski” sakinləri məlumat veriblər. Sakinlər dedilər ki, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət komissiya üzvləri onlara mənzillərinin hər kvadratmetri üçün 1500 manat təklif edilib. Bu isə sakinləri qane etməyərək onların narazılığına səbəb olub.

Xəbərə görə, etiraz aksiyası “Sovetski” məhəlləsindəki 173 saylı orta məktəbin qarşısında olacaq. Artıq aksiya ilə bağlı küçələrdə bildirişlər də asılıb.