Şoyqu Bakıya səfər edəcək

Rusiyanın Müdafiə naziri Bakıya işgüzar səfərə gələcək.

XALQ.AZ-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu avqustun 25-də Bakıya işgüzar səfərə gələcək.