Söz rəssamına – Mirşahinə AÇIQ MƏKTUB

aq

Şahinin uçuşu da gözəldir, baxışı da! Mən bir rəssam tanıyıram.

 
O, adi rəssam deyil. Heç adi birisi də deyil. O, bizim hamımızdan fərqli düşünmə və baxış bucağına malik kəsdir. O, öz əsərlərini adi fırca ilə deyil sözlə çəkir.


O, Mirşahin adlı söz rəssamıdır! Sözün Şahinidir! O, mavi səmada qıy vuran qırıcı quş kimi yeni tablo yaratmaq eşqi ilə alışıb yanır. Onu sevənləri və sevməyənləri, ona həsəd aparanları öz qırğı baxışları ilə seyr edərək rəsmlərini çəkir. O, bunu elə özünə məxsus şəkildə edir ki, yaratdığı tablolar sonra əsil sənət əsəri kimi çox… düşündürücü olur. Ona pərəstiş edənlər, onu heç sevməyənlər də bu rəssamın ilham “obyekti” olmaqdan çəkinirlər. Çünki O, rəsimlərini fırça ilə yox sözlə çəkir! Sözün hərfi mənasında sözlə. Bu isə çox risklidir… Çünki böyük sənətkarları yaşadıqları zamanədə heç də hamı anlamayıb, bəyənməyib. Ancaq sözün Şahinini onların rəyi məşğul etmir.


Çünki onun öz baxışı – Mirşahin baxışı var! Onun tablolarına verilən bu rəylər isə onu sevənləri çox incidir, ağrıdır… Odur ki, söz rəssamına xitabən dostumuz Əliş sayağı deyirəm:


Yıxılma Şahinim, yıxılma. Yıxarsan bizləri!!!


Hörmətlə, Səni mavi səmada (oxu: mavi ekranda) yenidən görmək arzusu ilə Ay işığında ilk dəfə sözlə rəsmini çəkdiyin ilham “obyektin”. Ulu Tanrıdan Sizlərə şəfa diləyi ilə!


Mehman Qayıbov