Spiker: “Azərbaycanı Tacikistanla müqayisə etmək doğru deyil”

“Azərbaycanda islahatlar aparılır, prezident müəyyən işlər görür. Mən hələ görməmişəm ki, siz çıxışlarınızda bu barədə bir söz deyəsiniz”.
Xalq.az Unikal.org-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın çıxışına münasibət bildirərkən söyləyib.
“Harada bir çatışmazlıq var, onu deməyə başlayırsınız. Azərbaycanı Tacikistanla müqayisə edirsiz. Xahiş edirəm bu məsələləri çox şişirtməyin. 7 dəqiqə danışdınız, Azərbaycanda gedən işlər barədə bir dənə müsbət söz söyləmədiniz. Hamısı mənfi məsələlər oldu”, – deyə O.Əsədov əlavə edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.