Spikerə yeni köməkçi təyin olundu

Milli Məclis sədri Sahibə Qafarovaya yeni köməkçi təyin olunub.

XALQ.AZ-ın xəbərinə görə, spikerin yeni köməkçisi Fərid Hacıyevdir.

F.Hacıyev hüquqşünasdır.

Bununla da S.Qafarovanın köməkçilərinin sayı dördə çatıb.