Statistika Komitəsinin kollegiyasının tərkibi dəyişdi

Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) kollegiyasının tərkibinə dəyişiklik edib.

XALQ.AZ  xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, DSK-nın Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin sabiq direktoru Məmmədov Xəqani Telman oğlu Kollegiyanın üzvləri siyahısından xaric edilib, onu Mərkəzin hazırkı direktoru Nuriyev Mübariz Əsgər oğlu əvəz edib.

Nazirlər Kabineti bundan əvvəl Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibinə dəyişiklik edilib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.