Su çatışmazlığı öz həllini tapacaq

Suya qənaət olunmalı, qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalı və buna yol verənlərə qarşı hüquqi tədbirlər həyata keçirilməlidir

Ölkə vətəndaşlarının sosial-rifah halının dahada yaxşılaşdırılması, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Məhz Prezident İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Vaxtaşırı olaraq insanların məşğulluğunun artırılması, müxtəlif sahələrə olan təlabatılarının ödənilməsi üçün müxtəlif layihələr, dövlət proqramları həyata keçirilir. Bu layihələri arasında içməli su və meliorasiya layihələrinin icrası mühüm layihələrdəndir. Məhz içməli su və meliorasiya layihələrinin uğula icrası nəticəsində əhalinin su təminatında ciddi nailiyyətlər əldə olunub. Azərbaycanda nəhəng su layihələrindən olan Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir.

Taxtakörpü su anbarının tikintisi, Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsi, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarının inşa edilməsi su ehtiyatlarının yaradılmasında mühüm rol oynayır. Amma mütəxəssilərin qeyd etdiyi kimi, ölkəmizdə içməli suya olan tələbat artmaqdadadır. 2004-cü ildə Azərbaycanda içməli suya təminat 40 faiz səviyyəsində idisə, bu gün bu rəqəm 70 faizə təşkil edir. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Müvafiq qurumlar, təşkilatlar tərəfindən ölkənin çay-su ehtiyatlarından səmərli istifadə məsələsi ilə bağlı işlər görülür. Son dövürlərdə respublikada su anbarlarının tikintisi, su təminatı, sudan səmərəli istifadə, xüsusilə kənd təsərrüfatı sistemində sudan səmərli istifadə gündəmdə duran məsələlərdəndir. Bu günlərdə Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə, Cənab Prezident su probleminin Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələ olduğunu bildirdi. Dövlət başçısı ölkədə su itkisinin 40-50 faiz təşkil etməsini “dözülməz hal” adlandırdı və bildirdi ki, bu itkilərin kimlərinsə marağındadır.

Dövlət başçısı onu da əlavə etdi ki, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir: “Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.

Müşavirədə də qeyd olunduğu kimi, bəzi bölgələrimiz, xüsusilədə, Nefçala rayonu su sarıdan ciddi şəkildə korluq çəkir. Artıq rayon mərkəzi daxil olmaqla, 15 kənd su ilə təminatı maşınlar vasitəsi ilə həyata keçirilir. Ancaq problem öz həllini qısa zamanda tapacağı şübhəsizdir. Çünki, problemin həll olunması üçün Cənab Prezident ciddi tapşırıqlar, göstərişlər verib. Ümumiyyətlə su probleminin köklü şəkildə həll edilməsi üçün hər zaman dövlət müvafiq işlər görür. Hələ cari ilin aprelində ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə su təchizatı ilə məşğul olan mərkəzi icra qurumlarının fəaliyyətini koordinasiya edən komissiya yaradılmışdır. Komissiyaya rəhbər Baş Nazirin müavini Şahin Mustafayev təyin olunmuşdur. Müşavirədə də qeyd edildiyi kimi, komissiya qısa vaxtda xeyli iş görmüşdür. Su ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş, aidiyyəti qurumlardan alınan məlumatlar təhlil edilmiş, sudan səmərəli istifadə ilə bağlı verilmiş tapşırıqların gündəlik nəzarəti təmin edilmişdir. Bunlardan əlavə, mövcud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 580 mindən çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuş, eləcə də suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mənbələr üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması ilə bağlı tədbirlərin görülməsinə başlanmışdır. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə mənfi təsir göstərir. Bu baxımdan suya qənaət olunmalı, qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalı və buna yol verənlərə qarşı hüquqi tədbirlər həyata keçirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev su təsərrüfatının vəziyyəti ilə bağlı keçirdiyi müşavirədə bildirmişdir ki, su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir: “Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən çox əməktutumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq, ümumiyyətlə, su olmadan inkişaf edə bilməz. Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə büdcəsini təmin edir. Biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner buğda alırıq. Bu, inkişaf etmiş ölkələrin səviyyəsindədir”.

Bir sözlə, həyata keçirilən tədbirlər, görülən məqsədyönlü işlər onu deməyə əsas verir ki, yaxın vaxtlar içməli su ilə bağl bəzi bölgələrdə yaranan problemlər tamamilə aradan qaldırılacaq. Eyni zmanda kənd təəssərüfatı sahələrinin üzləşdiyi su çatışmazlığı öz həllini tapacaq.

Məşhur Məmmədov,

Mlli Məclisin üzvü