Süleyman Mikayılov məhkəməyə verildi
Qaradağ rayon İcra Hakimiyyəti vətəndaşla yaşadığı torpaq mübahisəsinə görə məhkəməlik olub.
XALQ.AZ xəbər verir ki, Qaradağ İH-lə bağlı iddianı Nəcəfova Leyla Əli qızı qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Tərəflər torpaq üzrə mübahisə yaşayır.
Qaradağ İH-lə bağlı işə 6 mart tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Elvin Əliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur.
Yazıda adı çəkilən bütün tərəfləri dinləməyə hazırıq.